Fələstinin İslami Cihad Hərəkatı: "Sionist rejimlə hər hansı bir əlaqə cinayətdir"
Fələstinin İslami Cihad Hərəkatı "Əl-Nəksa günü" və ya altı günlük müharibənin ildönümü günü münasibətilə bir bəyanat yayaraq, Sionist rejim ilə münasibətlərin normallaşdırılmasını Fələstin xalqının hüquqları və cihadının yaralı bədəninə vurulan bir zərbə kimi xarakterizə edib.
SaharAzeri xəbər verir, Hər il 5 iyun,1967-ci ildə baş verən altı günlük müharibənin başlanması gününə təsadüf edir, bu gün fələstinlilər tərəfindən, "Youm Əl-Nəksa" yəni torpaqların itirildiyi gün adalndırılıb.
Əl-Əhd portalının məlumatına görə, Fələstinin İslami Cihad Hərəkatının bəyanatında, sionist rejimlə münasibətlərin normallaşdırılması cəhdlərinin Ərəb və İslam ölkələrinin istəklərinə zidd olduğu bildirilir.
İslami Cihad Hərəkatı altı günlük müharibəni başqa bir Nikbət günü adlandırıb ki, ərəb ölkələrinin acizliyi sayəsində ərəblərin və müsəlmanların ürəyinə daha bir zərbə vurdu və Qüdsün, Fələstinin və digər ərəb ölkələrinin bir çox hissəsinin işğalını tamamladı.
Fələstin məsələsinin təhlükəli bir mərhələdə olduğuna işarə edən bəyanatda, sionist rejimin bəzi ərəb ölkələrinin acizliyi, normallaşdırması və alçaqlığından öz planlarını icra etmək üçün faydalandığı qeyd edilir.
İslami Cihad Hərəkatı Qüdsün bütün fitnələrə, yaralara və fikir ayrılıqlarına rəğmən, öz İsalmi və ərəb mahiyyətini qoruyacağını vurğulayıb və Qüds xalqının Əl-Əqsa məscidi ətrafindakı toplantıları və sionistlərlə mübarizəyə davam etdirməyə dair israrlarını onların öz hüquqlarını bərpa etmək vacibliyinə təkid etmələrinin bariz nümunəsidir.