İşğal olunmuş Fələstində koronavirusdan ölənlərin sayı 300-ə yaxınlaşıb
İyun 08, 2020 08:31 Asia/Baku
İşğal olunmuş Fələstində yeni növ koronavirusa yoluxanların sayı 17 863 nəfərə çatıb.
SaharAzeri -Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə Sionist rejimin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusa yoluxanlardan 298 nəfəri ölüb, 15 091 nəfər isə sağalaraq evə buraxılıb.
Bildirilir ki, hazırda koronavirusdan müalicəsini davam etdirənlərdən 27 nəfərinin vəziyyəti ağırdır.