İyun 08, 2020 12:13 Asia/Baku
  • Qüdsdə Sionistlər ən azı 21 fələstinlini  həbs etdilər

Sionist rejim hərbçiləri bu səhər Qüdsdəki Fələstin evlərinə basqın edərək, ən azı 21 fələstinlini həbs ediblər.

SaharAzeri Fələstin Əl-Youm saytına istinadla xəbər verir, Sionist relimin təhlükəsizlik qüvvələri, bu səhər (Bazar ertəsi), Fəth hərəkatının bir sıra üzvləri də daxil ən azı 21 fələstinlini həbs ediblər.

, Sionist rejimin hərbçiləri, xəfiyyə qüvvələrinin iştirakı ilə Əl-Tur, Əl-Səvana, Əl-İsəviyə, Səlvan, Sur Bahir və Vadi Əl-Cəvz məhəllələrinə basqın edərək ən azı 21 nəfər, o cümlədən Qüds Əsirləri Ailələri Komitəsinin rəhbəri Amjad Abu Sasebi həbs ediblər.

Saxlanılanların arasında iki 16 yaşlı və 15 yaşlı yeniyetmə var. Sionist agentlər sakinlər yuxuda ikən evlərə girib, axtarışlar apararaq insanları həbs ediblər.

Həbslər Sionist rejimin İyulun 1-dən (11 İyul) Qərb Sahilinin üçdə birini işğal etmək planını həyata keçirmək istədiyi vaxtdan başlayıb və Sionist rejimin təhlükəsizlik aparatlarının araşdırmaları bunu göstərir ki Rejim ictimai reaksiya və qəzəbdən daha çox narahatdır.

Teqlər