İyun 12, 2020 11:04 Asia/Baku
  • Amerika İraqdakı iştirakını azaldır

Bağdad və Vaşinqton birgə bəyanatda amerikalı hərbçilərin İraqdakı iştiraklarının azaldılması haqda razılaşmadan xəbər veriblər.

SaharAzeri xəbər verir, Amerika ilə İraq arasındakı strateji danışıqlar video-konfrans formasında və İraq hökumətinin nümayəndəsi kimi Əbdulkərim Haşim Mustəfa və ABŞ hökumətinin nümayəndəsi kimi Devid Hilin iştirakı ilə keçirilib.

Amerika ilə İraq bu bəyanatda bildiriblər ki, Amerika İraqda daimi bazaların yaradılması və ya daimi hərbi iştirak ardınca olmayacaq.

Bəyanata əsasən, Amerika qarşıdakı aylarda İraqdakı qüvvələrinin sayını azaldacaq.

İraqın baş naziri Mustəfa Əlkazimi də bu konfransdan öncə bildiribdir ki, Bağdad və Vaşinqton amerikalı qüvvələrin İraqdan çıxmaları ilə bağlı öhdəliklərinə təkid ediblər.

İraq parlamenti cari il yanvarın beşində keçmiş baş nazir Adil Əbdulməhdinin iştirakı ilə keçirdiyi iclasda əcnəbi qüvvələrin bu ölkə ərazisindən çıxarılmalarının lehinə səs verdi.

 

Teqlər