ABŞ və səud koalisiyası Yəməndə COVID-19-un yayılmasında məsuliyyət daşıyırlar
https://azeri.sahartv.ir/news/qərbi_asia-i363260-abŞ_və_səud_koalisiyası_yəməndə_covid_19_un_yayılmasında_məsuliyyət_daşıyırlar
Yəmən Ali İnqilab Komitəsinin sədri Amerika və təcavüzkar səud koalisiyasının Yəməndə COVID-19-un yayılmasında məsuliyyət daşıdıqlarını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 16, 2020 04:49 Asia/Baku
  • ABŞ və səud koalisiyası Yəməndə COVID-19-un yayılmasında məsuliyyət daşıyırlar

Yəmən Ali İnqilab Komitəsinin sədri Amerika və təcavüzkar səud koalisiyasının Yəməndə COVID-19-un yayılmasında məsuliyyət daşıdıqlarını bildirib.

SəhərAzəri xəbər verir, Muhəmməd Əli Əlhusi bildirib ki, koronavirus Amerika və Səudiyyə Ərəbistanın işğalı altında olan bölgələrdən Yəmənin digər bölgələrinə yayılıbdır. O, qeyd edib ki, hal-hazırda 20 milyon yəmənli təcili yardımlara ehtiyac duyur.

Əlhusi Yəməndə dərman və tibbi ləvazimatlar çatışmazlığına işarə edib. Bildirib ki, Yəmən xalqına icbar edilən mühasirə mütləq bu ölkədə faciənin yayılması ilə nəticələnəcək.

Səud koalisiyasının Yəmənə qarşı müharibəsinin acınacaqlı nəticələrinin kənarında bu ökədə koronavirus pandemiyası Yəmənin ən böyük probleminə çevrilibdir. Zira bu ölkənin səhiyyə və xəstəxana infrastrukturları məhv olub və ya fəaliyyətdən düşübdür.