İraqdan Türkiyəyə “qüvvələrini geri çək” Notası
https://azeri.sahartv.ir/news/qərbi_asia-i363413-İraqdan_türkiyəyə_qüvvələrini_geri_çək_notası
İraq, Türkiyənin bombardmanlarına son qoyaraq ölkə şimalına təcavüz etmiş qoşunlarının geri çəkilməsini tələb edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 19, 2020 04:18 Asia/Baku
  • İraqdan Türkiyəyə “qüvvələrini geri çək” Notası

İraq, Türkiyənin bombardmanlarına son qoyaraq ölkə şimalına təcavüz etmiş qoşunlarının geri çəkilməsini tələb edir.

SaharAzeri Rasthaber-ə istinadla xəbeər verir, İraq Xarici İşlər Nazirliyi, Türkiyə səfirini çağıraraq “türk əskərlərinin İraq ərazisindəki əməliyyatına” etiraz olaraq sərt bir nota verib.
Nazirlik, Türkiyə qüvvələrinin kürd yaraqlıları hədəf alan İraqın şimalındakı əməliyyatlarına son son qoyulmasını tələb edib. Açıqlamada, Türkiyənin bombardmanlarına son qoyulması və Türrk əskərlərinin İraq ərazisindən geri çəkilməsinin labüdlüyü vurğulanır.
Türkiyənin Milli Müdafiə Nazirliyi dünən “Pençe-Kaplan” əməliyyatının başlandığını və türk əskərlərin İraqın şimalındakı Haftanin bölgəsində olduğunu bildirib.