Təl-Əvivdə qərb sahilinin işğalına qarşı aksiya keçirilib
Yüzlərlə Təl-Əviv sakini sionist rejimin baş nazirinin qərb sahilinin bəzi hissələrinin işğalı üzrə planına qarşı aksiya keçirib.
SaharAzeri xəbər verir, Aksiya iştirakçıları Təl-Əvivin baş meydanı və əsas dörd yolayrıcında şüarlar veriblər. Onlar ilhaq planının icrasının zorakılığın genişlənməsinə bais olacağını bildirib və sionist rejimin nazirlər kabinetindən bu planı dayandırmasını istəyiblər.
Sionist aksiyaçılar həmçinin bu rejimin nazirlər kabinetindən istəyiblər, işğal planının yerinə, fələstinlilərlə sülh müqaviləsi imzalasın ki, bölgəyə sabitliyin geri dönməsinə zəmin yaranmış olsun.
Keçən həftə də işğal olunmuş ərazilərdə 6 min nəfərdən çox etirazçı qərb sahilindən böyük hissələrin qəsb edlməsi planına qarşı aksiya keçirmişdi.
Sionist rejimin baş naziri Benyamin Netanyahu amerikan «əsrin sövdələşməsi» planına əsasən və Tramp hökumətinin himayələri ilə iyulun əvvəllərində qərb sahilinin otuz faizini işğal olunmuş ərazilərə qatmaq niyyətindədir.