Türkiyə İraqdan PKK ilə mübarizə etməsini istəyib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i363429-türkiyə_İraqdan_pkk_ilə_mübarizə_etməsini_istəyib
Türkiyə xarici işlər nazirliyinin sözçüsü deyib: Türkiyə gözləyir ki, İraq PKK ilə mübarizədə Türkiyənin yanında olsun.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 19, 2020 12:57 Asia/Baku
  • Türkiyə İraqdan PKK ilə mübarizə etməsini istəyib

Türkiyə xarici işlər nazirliyinin sözçüsü deyib: Türkiyə gözləyir ki, İraq PKK ilə mübarizədə Türkiyənin yanında olsun.

SaharAzeri xəbər verir, Hami Aksoy İraq xarici işlər nazirliyinin Türkiyənin İraqın şimalında apardığı son hərbi əməliyyata olan etirazına reaksiyada vurğulayıb ki, Türkiyə ordusunun İraqın şimalındakı əməliyyatında yalnız PKK qüvvələri hədəfə alınıblar.

Hami Aksoy iddia edibdir ki, PKK təkcə Türkiyənin təhlükəsizliyi üçün deyil, həm də İraqın suverenliyi və ərazi bütövlüyünə qarşı da təhdid hesab olunur.

Türkiyə ordusu PKK-nı yatırmaq üçün 2019-cu il mayın 27-dən İraqın şimalında «Pəncə» adlı bir əməliyyata başladı ki, bu əməliyyat dəfələrlə rəsmi Bağdad tərəfindən pislənildi. İraq hökuməti onu bu ölkənin ərazi bütövlüyünün pozulmasının bariz nümunəsi adlandırıbdır.