İyun 19, 2020 17:32 Asia/Baku
  • Fəth hərəkatı hiddət günü aksiyasına çağırıb

Fəth hərəkatı bir çağırış verərək, fələstinlilərdən istəyibdir ki, qərb sahilinin işğalı planı ilə müxalifət məqsədilə hiddət günü aksiyası keçirsinlər.

SaharAzeri xəbər verir, Fəth hərəkatının sözçüsü Usamə Əlqəvasimi bu çağırışı edərək, sionist rejimin cinayətləri və işğalçılıqları ilə mübarizənin yeni mərhələsinin başlanmasının vacibliyini vurğulayıb.

Fəth hərəkatının çağırışının bir hissəsində deyilir: Ey böyük xalq, ayağa qalx, vətəninin torpağına yardım üçün bizimlə/ sionist rejimin cinayətkar siyasətlərinin pislənilməsi istiqamətində keçirilən hiddət aksiyasında iştirak et ki, bütün dünya qarşısında uca səslə fəryad edək: «İlhaqa- Yox!», «Biabırçı sövdələşməyə- Yox, Fələstinin paytaxtı Qüdsə- Bəli!»

Sionist rejim iyulun əvvəllərindən qərb sahilindən bəzi hissələri işğal edilmiş ərazilərə qatmaq niyyətindədir.

Teqlər