Bir qrup səud təcavüzkarı Yəmənin Marəb vilayətində məhv edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i363475-bir_qrup_səud_təcavüzkarı_yəmənin_marəb_vilayətində_məhv_edilib
Yəmənin ordusu və xalq komitələrinin bu ölkənin mərkəzində yerləşən Marəb vilayətində keçirdikləri əməliyyatda bir qrup səud təcavüzkarı öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 20, 2020 07:26 Asia/Baku
  • Bir qrup səud təcavüzkarı Yəmənin Marəb vilayətində məhv edilib

Yəmənin ordusu və xalq komitələrinin bu ölkənin mərkəzində yerləşən Marəb vilayətində keçirdikləri əməliyyatda bir qrup səud təcavüzkarı öldürülüb.

SəhərAzəri xəbər verir, Yəmənin ordusu və xalq komitələri dünən gecə Marəb vilayətində səud koalisiyası qüvvələri ilə toqquşublar. Bu əməliyyatda bir qrup təcavüzkar, o sıradan səud koalisiyasının əməliyyat komandirinin müşaviri öldürülüb.

Yəmənli qüvvələr Marəb vilayətinin bəzi bölgələrində irəliləyərək, bu vilayətin bəzi hissələrini, o cümlədən Həlhəlan, Əlcufrə və Əlbatin bölgələrini ələ keçiriblər.

Yəmənin Ənsarullah qüvvələri də bu ölkənin mərkəzində yerləşən Əlbiyza vilayətinin Rədman bölgəsini nəzarətə ala biliblər.