Bir həftədir davam edən Türk hücumu nəticəsində
6 nəfər ölüb,10 kənd boşaldılıb
Kürdüstan Fəhlə Partiyasının (PKK) bir üzvü, İraqın şimalına qarşı bir həftə davam edən hücümların nəticəsində altı İraqlının öldüyünü,10 kənd sakinlərinin didərgin düşdüyünü bildirib.
SəhərAzəri xəbər verir, Sputnik-ə açıqlamasında PKK-nın ictimaiyyətlə əlaqələr şöbəsinin üzvü Kaveh Şeyx Mus deyib: Türkiyənin bir həftə davam edən “Kaplan-Pençə” əməliyyatı nəticəsində, 6 İraq vətəndaşı həyatını itirib, 10 sərhəd kəndinin sakinləri qaçqın düşüb, Buğda tarlaları və arpa sahələri də daxil olmaqla kənd təsərrüfatı əraziləri yanmışdır, bir çox İnfrastrukturlar və evlərə də ziyan dəyib.
Kaveh Şeyx Mus əlavə olaraq bildirib: "Türk qırıcılarının hədəf aldığı bölgələrin çoxunda, o cümlədən ölkənin şimalındakı Mosul və Ərbil arasındakı Maxmur və Mosulun qərbindəki Sanjar şəhərlərində PKK üzvlərindən heç bir iz yoxdur.”
Bu arada İraq Xarici İşlər Nazirliyi bu gün (bazar günü) Türkiyənin İraqdakı səfirinə etiraz notası verib.
Etiraz notasında İraq Xarici İşlər Nazirliyi, ölkənin ərazi bütövlüyünü və suverenliyini müdafiə haqqı üzərində təkid edərək, Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlara ərizələrin verilməsi vurğulayıb.