İyun 22, 2020 14:30 Asia/Baku
  • İraq ordusu İŞİD-ın bir neçə sığınacağını məhv edib

İraq ordusu bənzərsiz bir əməliyyatda Səudiyyə Ərəbistanın sərhəddi yaxınlığında işidçilərin bir neçə sığınacağını məhv edib.

SəhərAzəri Fars xəbər agentliyinə istinadla xəbər verir ki, İraqın Təhlükəsizlik qüvvələrinin İnformasiya Mərkəzi bir bəyanat yayaraq, bu ölkə ordusunun Səudiyyə Ərəbistanının sərhəddi yaxınlığında bənzərsiz bir əməliyyat keçirərək, işidçilərin sığınacaqlarını məhv etdiyni və onlara aid silah-sursat və bombaları ələ keçirdiyini bildirib.

Bəyanatda deyilir; İraq ordusunun piyada briqadasının bir neçə bölməsi ehtiyat tədbirləri çərçivəsində Əl-Ənbar vilayətinin qərbində yerləşən Huran vadisində İŞİD-çilərin sığınacaqlarını məhv ediblər.

Əl-Məlumə xəbər portalının məlumatına görə, əməliyyat zamanı bir minalanmış avtomobil zərərsizləşdirilib, üç sığınacaq və onun daxilindəki hərbi silah-sursat ələ keçirilib.

Huran dərəsi 350 kilometr sahə ilə İraq və Ərəbistan sərhəddində yerləşir və ƏL-Anbar vilayətində İŞİD-in ən əsas sığınacaqlarındandır.

 

Teqlər