İyun 23, 2020 07:53 Asia/Baku
  • İraqın Türkiyə səfirinə kəskin etiraz məktubu

İraq xarici işlər nazirliyinin sözçüsü Türkiyənin ölkəsinə qarşı təcavüzlərini pisləyib. Bildirib ki, bu nazirlik Türkiyə səfirinə kəskin etiraz məktubu verib.

SəhərAzəri xəbər verir, Əhməd Əlsəhhaf İraq xəbər agentliyi ilə müsahibədə qeyd edib ki, İraq xarici işlər nazirliyi bu məktubda Türkiyənin beynəlxalq diplomatik protokollara və qanunlara sadiq qalması vacibliyini vurğulayıbdır.

İraq xarici işlər nazirliyinin sözçüsü cümə günü də Əlməyadin telekanalı ilə müsahibədə Türkiyənin İraqın şimalına qarşı hücumlarını pisləmiş və vurğulamışdı ki, Bağdad Türkiyənin İraqın şimalına qarşı təcavüzlərini BMT vasitəsilə izləyəcəkdir.

Türkiyə son illərdə PKK ünsürlərini yatırmaq bəhanəsilə dəfələrlə İraq torpağına təcavüz edibdir.

Bu təcavüzlər İraqın hökumətinin və digər ölkələrin kəskin reaksiyaları ilə üzləşibdir.

 

Teqlər