İyun 23, 2020 17:11 Asia/Baku
  • YUNESKO Ərəbistanın uşaq qətli işinin BƏM-ə göndərilməsini istəyib

BMT-nin YUNESKO təşkilatının Yəməndəki milli komitəsi BMT-nin baş katibindən istəyibdir ki, Ərəbistanın adını uşaqların hüquqlarını pozan ölkələrin qara siyahısından çıxarmaq barədəki qərarını yenidən nəzərdən keçirsin və Ərəbistanın uşaq qətli işini Beynəlxalq Ədalət Məhkəməsinə göndərsin.

SəhərAzəri xəbər verir, YUNESKO-nun Yəməndəki milli komitəsi BMT-nin Ərəbistanın adını uşaqların hüquqlarını pozan ölkələrin qara siyahısından çıxarmaq barədəki qərarını pisləyən bir bəyanatda bildiribdir ki, bu qərar BMT və onun humanitar prinsipləri üçün böyük bir məğlubiyyətdir.

Bəyanat bildirir ki, səud koalisiyasının Yəmənə qarşı hücumları səbəbindən hər 10 dəqiqədən bir, bir uşaq həyatını itirir.

Bəyanatda sonra deyilir: BMT-nin qərarı səud koalisiyası ölkələrinin cinayələtinin bağışlanması, insanlığın Yəmən övladlarının əlindən alınması, heç bir çəkindiricilik olmadan daha artıq cinayətlər törətmək üçün vasitənin ixtiyara qoyulması, beynəlxalq qanunlara cavabdeh olmama, yəmənlilərin qanlarının zalım ölkələr tərəfindən axıdılmasına icazənin verilməsi deməkdir.

YUNESKO-nun Yəməndəki milli komitəsi həmçinin insan haqları üzrə yerli, regional və beynəlxalq təşkilatlar, agentliklər və müəssisələrdən istəyibdir ki, Yəmən övladlarının kənarında dursun, onların pozulmuş hüquqlarını qorusun, elmi baxışlarla bu ölkə uşaqlarının səud koalisiyasının qüvvələri tərəfindən qətlə yetirilmələri üzrə cinayətləri üzə çıxarmağa çalışsın və bu cinayətlərin işini Beynəlxalq Ədalət Məhkəməsinə göndərsinlər.

BMT-nin baş katibi Antonio Quterreş iyunun 15-də sual doğuran bir addımda yəmənli uşaqları qırğın etdiyi üçün uşaq qətli üzrə qara siyahıya salınmış Ərəbistanın başçılıq etdiyi ərəb koalisiyasını bu siyahıdan çıxardı.

 

Teqlər