Sionist rejimin siyasətləri əleyhinə
Təl-Əvivdə kütləvi aksiya keçirilib
Yüzlərlə Təl-Əviv sakini İordan çayinin qərb sahilinin bəzi hissələrini işğal olunmuş ərazilərə ilhaq etmək planına etiraz olaraq, aksiya keçiriblər.
SəhərAzəri İRNA-ya istinadla xəbər verir, dünən gecə israilli etirazçılar Təl-Əvivin mərkəzində Rabin meydanına toplaşaraq, "İlhaqa yox deyirik" şüarı səsləndirərək, Qərb sahilinin bir hissəsinin ilhaqı planına qarşı çıxıblar.
Təl-Əviv sakinləri vurğulayıblar ki, hazırda ilhaq planına milyardlarla vəsait xərcləməyin vaxtı deyil və bu pullar işsizlər və investisiya üçün xərclənməlidir.
İyul ayında reallaşacaq İordan çayinin qərb sahilinin ilhaqı planı ABŞ-ın "əsrin sövdələşməsi" adlı anti-Fələstin planının tərkib hissəsidir.
Bu plana əsasən, Qüds sionistlərə veriləcək, digər ölkələrdə yaşayan fələstinli didərginlər öz torpaqlarına geri dönə bilməyəcəklər və Fələstin ölkəsi yalnız İordan çayının qərb sahilinin qalan hissələri və Qəzzə Zolağından ibarət olacaq.