İyun 25, 2020 14:56 Asia/Baku
  • Yəməndə külli miqdarda silah-sursat aşkarlanıb

Yəmənin Təhlükəsizlik qüvvələri bu ölkənin Əl-Beyza vilayətində yerləşən Redman şəhərində bəzilərinin üzərində Ərəbistanın adı yazılmış çoxlu miqdarda müasir silah, ağır və yarıağır texnika aşkarlayaraq ələ keçiriblər.

SəhərAzəri-nin Əl-Məsirə telekanalına istinadla məlumatına görə, üzərindən bu silahlar götürülən şəxsin məqsədi Redman şəhərində asayişi pozmaq olub.

Yəmənin Ordu və Xalq Komitələrinin qüvvələri bu silah və texnikaları öz bazalarına köçürüblər. Onların bəzisinin üzərində Səudiyyə Ərəbistanının adı dərc edilib. Bu silahlar Əl-Beyza vilayətində stabilliyi pozmaq üçün oradakı səud muzdlularına göndərilib. Onlarla yük maşını bu təchizatların daşınması funksiyasını yerinə yetirib.Bu silahlar Ərəbistana bağlı bir muzdlunun evində və yeraltı tunellərdə saxlanılırmış.

Yəmən Təhlükəsizlik qüvvələri, həmçinin Əl-Beyza vilayətində bomba və partlayıcı maddə hazırlayan kiçik bir sex də aşkarlayıblar. Bu haqda Yəmənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Əbdül-Xalid Əl-Əcri məlumat yayıb. Bu sexdə Əl-Qaidə terror qruplaşmasının tərəfdarlarından bir qrupu bomba və partlayıcı maddə hazırlamaqla məşğul olublar.

Əl-Məsirə telekanalının mılumatına görə, Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiya bu vilayətdə fitnə yaratmaq niyyətindədir.
 

 

Teqlər