Sionist məhkəməsi bir fələstinli məhbusu 4 dəfə ömürlük həbsə məhkum edib.
İyun 26, 2020 14:17 Asia/Baku
Sionist rejimin hərbi məhkəməsi bir fələstinli məhbusu 4 dəfə ömürlük həbs cəzasına məhkum edib.
SəhərAzəri xəbər verir, Sionist rejimə aid Kanal 7 TV bildirib, Qərbi Ramallahdakı Ofər Hərbi Məhkəməsi, Asim əl-Bərğusi adlı bir Fələstinli məhbusu, üç İsrail əsgəri və sionist qəsəbə sakininin ölümünə səbəb olan iki əməliyyatda iştirak etməkdə günahlandırıb.
Əl-Bərğusi, 2018-ci ilin dekabr ayında Ramallahın şərqindəki Gəfat Əsaf şəhəri yaxınlığında keçirilən əməliyyatda iştirak edib, iki İsrail əsgərinin ölümü və bir neçə sionistin yaralanmasına səbəb olub.
Həmin Əməliyyat, Sionist əsgərlərin Ramallahın şimalında yerləşən Sarda kəndində Əl-Bərğusinin qardaşını güllələyib şəhid etməsindən bir gün sonra həyata keçirilib.