Suriyaya dəstək məqsədilə video konfrans formatında görüş keçirilir
Avropa Birliyinin ev sahibliyi ilə Suriyaya dəstək məqsədilə keçiriləcək görüşü ərəfəsində Birləşmiş Millətlər Təşkilatı suriyalı qaçqınlara maddi yardımların artırılmasına çağırıb.
SəhərAzəri Rusiya Əl-Youm telekanalına istinadla xəbər verir ki, bu gün suriyalı qaçqınlara kömək məqsədi ilə 60 hökumət və qeyi hökumət təşkilatının iştirakı ilə video konfrans formatında görüşü keçiriləcək.
Bu il koronavirusun yayılması və qida məhsullarının bahalaşması fonunda, vətənində və ya qonşu ölkələrdə didərgin düşmüş suriyalı qaçqınlara 10 milyard dollar məbləğində vəsaitin toplanması gözlənilir.
BMT-nin məlumatına görə, hazırda Suriyada 11 milyondan çox insanın yardıma və dəstəyə ehtiyacı var və 6 milyondan çox insan da terrorçuların qorxusundan qoşu ölkələrə sığınıb və koronavirus təhlükəsilə üz-üzədirlər.
Ümumdünya Ərzaq Proqramı, həmçinin iqtisadi şəraitin pis olması və koronavirusun yayılmasının qarşısını almaq üçün karantin rejiminin tətbiqi ilə əlaqədar qida maddələrinin qiymətinin bir ildən az bir müddətdə iki dəfədən çox artdığını elan edib.
BMT-nin Qaçqınlar üzrə Ali komissarı Flippo Qrandi də bir bəyanat yayaraq, deyib ki, koronavirus böhranı milyonlarla suriyalı qaçqının və onlara ev sahibliyi edən ölkələrinin gündəlik həyatına ani və dağıdıcı təsir göstərib.
Bununla paralel olaraq, BMT-nin Ümumdünya Qida Proqramının icraçı direktoru Korin Fleyşer Deyib ki, bu il həmişəkindən daha çox yardıma ehtiyac var.
Donor ölkələrin Suriyaya maddi dəstəyi onların illik öhdəliyinə çevrilibdir. BMT Suriyanın daxilindəki didərginlərə 3,8 miyard dollar və qonşu ölkələrə sığınan qaçqınlar üçün 6 milyard dollar yardımın ayrılmasını tələb edir, Lakin indiyə kimi bu məbləğin cüzi bir hissəsi cəlb edilib