İyul 02, 2020 08:43 Asia/Baku
  • Səud təcavüzkarları 44 dəfə Yəmənin müxtəlif bölgələrini bombalayıblar

Səud koalisiyasının qırıcıları Yəmənə qarşı hava hücumlarının davamında ötən sutka ərzində 44 dəfə bu ölkənin müxtəlif bölgələrini bombalayıblar.

SaharAzeri xəbər verir, Bu hücumlar əksərən Yəmənin mərkəzində yerləşən Əlbiyza, Marəb və Səna bölgələrində, həmçinin bu ölkənin qərbində yerləşən Səədə və Əlcuf əyalətlərində baş veribdir.

Səud koalisiyası həmçinin iki dəfə Sənanın cənubunda yerləşən Əlnəhdəyn bölgəsini bombalayıblar.

Ərəbistan/ ABŞ-ın, BƏƏ-nin, həmçinin bir neçə digər ölkənin dəstəyilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni mühasirə etdi.

Ərəbistanın və müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək on minlərlə nəfərin ölümünə və milyonlarla yəmənlinin didərgin düşməsinə səbəb olubdur.

Teqlər