İyul 04, 2020 13:17 Asia/Baku
  • Bin Salmanın adı qaşıqçının qatilləri siyahısında yer ala bilər

BMT-nin məhkəmədən kənar edamlar üzrə məruzəçisi Sudiyyə Ərəbistanının vəliəhdi Bin Salmanın adının Camal Qaşıqçının qətli ilə bağlı müttəhimlər siyahısına əlavə oluna biləcəyindən xəbər verib.

SəhərAzəri - İRİB-nin məlumatına görə, BMT-nin məhkəmədən kənar edamlar üzrə məruzəçisi Aqnes Kallamard deyib: "Türkiyə prokurorluğunun Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Bin Salmanın adının da yer ala biləcəyi Camal Qaşıqçının öldürülməsində təqsirləndirilən şəxslərin başqa bir siyahısını hazırlaması gözlənilir".

"Türkiyədə keçirilən Camal Qaşıqçının qətli ilə bağlı məhkəmənin ilk günündə Bin Salmanın adı ən azı şahidlərin biri tərəfindən çəkilib", -deyə A.Kallamard əlavə edib.

Səudiyyəli tənqidçi jurnalist Camal Qaşıqçının öldürülməsində ittiham olunan 20 nəfərin qiyabi məhkəməsinin ilk iclası dünən İstanbul şəhərində keçirilib.

Səudiyyəli tənqidçi jurnalist Camal Qaşıqçı 2018-ci il oktyabrın ikisində Ərəbistanın İstanbuldakı konsulluğuna daxil olandan sonra yoxa çıxıb və Səudiyyə rəsmiləri həftələrlə inkar etsələr də, sonda bu jurnalistın Ərəbistanın İstanbuldakı konsulluğunda qətlə yetirildiyini etiraf ediblər.

Teqlər