İran Heşam Əlhaşiminin terror edilməsini pisləyib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i364248-İran_heşam_Əlhaşiminin_terror_edilməsini_pisləyib
İran İslam Respublikasının Bağdaddakı səfirliyi dünən gecə bir bəyanat yayaraq, İraqda təhlükəsizlik və strateji məsələlər üzə tanınmış analitik və ekspert Hişam Əlhaşiminin terror edilməsini pisləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 07, 2020 01:21 Asia/Baku
  • İran Heşam Əlhaşiminin terror edilməsini pisləyib

İran İslam Respublikasının Bağdaddakı səfirliyi dünən gecə bir bəyanat yayaraq, İraqda təhlükəsizlik və strateji məsələlər üzə tanınmış analitik və ekspert Hişam Əlhaşiminin terror edilməsini pisləyib.

SəhərAzəri xəbər verir, İranın Bağdaddakı səfirliyi bu kimi cinayətkarcasına əməliyyatların himayədarları və icraçılarının məqsədlərini, İraqda təhlükəsizlik və sabitliyi pozmaq kimi dəyərləndirib.

İran İslam Respublikasının Bağdaddakı səfirliyi bu bəyanatın davamında İraqda möhkəm təhlükəsizlik və sabitliyin davam etməsinə dəstək verib.

Əlhəşduşşəbi təşkilatı da bir bəyanatda Əlhaşiminin terrorunu pisləyibdir.

Əlhaşimi dünən axşamçağı İraq kanallarından birinə müsahibədən geri dönərkən Bağdadın Ziyona bölgəsində, öz evinin qarşısında iki motosikletçinin silahlı hücumuna məruz qalıb.

Bəzi iraqlı mənbələrin bildirdiklərinə görə, İŞİD terror qrupu bu iraqlı təhlükəsizlik və media şəxsiyyətinin terror edilməsinin məsuliyyətini üzərinə götürübdür.

İraqda təhlükəsizlik və strateji məsələlər üzə tanınmış analitik və ekspert olan Heşam Əlhaşiminin baxışları bu ölkənin siyasi və media dairələrində diqqət mərkəzinə alınırdı.