İraqda Əlhaşiminin terroru ilə bağlı təhqiqat komitəsi yaradılıb
İyul 07, 2020 13:37 Asia/Baku
İraqın daxili işlər naziri tanınmış iraqlı analitik Hişam Əlhaşiminin terroru barədə təhqiqat komitəsinin təşkilindən xəbər verib.
SəhərAzəri xəbər verir, İraqın baş naziri Mustəfa Əlkazimi Əlhaşminin terror edildiyi bölgənin təhlükəsizlik şöbəsinin müdirini kənarlaşdırıb.
İraqın hökumət rəsmiləri və siyasi xadimləri bazar ertəsi günü gecə bəyanatlar yayaraq, Hişam Əlhaşiminin terror edilməsini pisləyiblər.
İraqdan daxil olan digər bir məlumata görə, İraq baş nazirliyinin mətbuat katibi Yasin Əlbəkri vəzifəsindən istefa verib. Qeyd edək ki, onun bu vəzifəyə təyin edilməsindən dörd gün keçir.