İyul 09, 2020 09:34 Asia/Baku
  • BMT Yəmənin durumundan olduqca nigarandır

BMT-nin Yəməndə humanitar məsələlər üzrə koordinatoru çərşənbə günü Yəməndəki insan durumunu son dərəcə acınacaqlı adlandırıb.

SəhərAzəri xəbər verir, Lza Qrandi Yəməndə kəskin qida maddələri çatışmazlığı ilə yanaşı koronavirus epidemiyasına toxunub. Bildirib ki, BMT Yəmən xalqını təhdid edən faciə ilə mübarizə üçün yetərincə mənbələrə malik deyildir.

Bu beynəlxalq təşkilatın bildirdiyinə görə, Yəmən dünyada ən pis insan böhranına düçar olub. Hazırda Yəmənin 29 milyon nəfərlik əhalisinin 80 faizi həyatını davam etdirmək üçün yardıma ehtiyac duyur.

Səud koalisiyasının Yəmən əleyhinə savaşının acı nəticələrinin kənarında koronavirusun bu ölkədə yayılması, Yəmənin ən böyük probleminə çevrilib. Zira bu ölkənin xəstəxana və səhiyyə infrastrukturları məhv olub və ya fəaliyyətini dayandırıbdır.

Ərəbistan ABŞ-ın, BƏƏ-nin və bir neçə digər ölkənin dəstəyilə 2015-ci ilin martında Yəmənə hücum edərək, bu ölkəni mühasirə etdi. Ərəbistanın və müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək onlarla yəmənlinin ölümünə və milyonlarla yəmənlinin didərgin düşməsinə bais olubdur.

Ərəbistanın hərbi təcavüzü həmçinin yoxsul Yəmən ölkəsini kəskin dərman və qida maddələri çatışmazlığı ilə üzləşdiribdir.

Teqlər