İyul 09, 2020 12:19 Asia/Baku
  • Qərblilər Rusiyanın qətnaməsinə qarşı çıxıblar

Rusiyanın Suriyanın konkret sərhədindən humanitar yardımların göndərilməsi üzrə qətnamə layihəsi BMT Təhlükəsizlik Şurasına üzv olan qərblilərin müxalifətilə qəbul olunmayıb.

SəhərAzəri xəbər verir, Almaniya və Belçikanın Suriyanın qanuni hökumətilə koordinasiya yaradılmadan bu ölkə sərhədlərindən humanitar yardımların göndərilməsi üzrə qətnamə layihəsinin Rusiya və Çinin müxalifət səddi ilə üzləşməsindən və veto edilməsindən sonra Rusiya başqa bir qətnamə layihəsini irəli sürdü.

Bu qətnamə layihəsi çərşənbə günü axşam BMT Təhlükəsizlik Şurasının virtual iclasında bəhsə çıxarıldı, lakin Rusiya, Çin, Cənubi Afrika və Vyetnamın lehinə, həmçinin İndoneziya, Niger, «Sent-Vinsent və Qrenadin” və Tunisin tərəfsiz səslərinə rəğmən, Belçika, Almaniya, Fransa, Estoniya, İngiltərə, Dominikan Respublikası və ABŞ-ın müxalifəti ilə üzləşdi.

Çərşənbə günü BMT Təhlükəsizlik Şurasının üzvləri arasında paylanan qətnamə layihəsi məlum idi ki, qəbul olunmaq üçün lazımi rəyi qazanmayacaq, zira qərblilər Rusiya və Çinin Almaniya və Belçikanın qətnamə layihəsinə qarşı vetolarından narahat idilər.

 

Teqlər