Sionist rejim ordusunun manevri ləğv edilib
Sionist media mənbələri büdcə çatışmazlığına görə, sionist rejimin böyük bir manevrinin keçirilməsinin ləğv edilməsindən xəbər veriblər.
SəhərAzəri xəbər verir, Sionist «Yediot Aharanot» qəzeti bu gün bir reportajda yazıb ki, sionist rejim ordusunun baş qərargah rəisi Aviv Koxavi büdcə çatışmazlığına görə, sentyabr ayında keçirilməli olan böyük bir manevri ləğv etmək qərarına gəlibdir.
Bundan öncə də sionist rejim mediaları bildirmişdilər ki, bu rejim koronavirus epidemiyasının qızğın çağında özünün ən pis iqtisadi günlərini təcrübə edir.
İşğalçı sionist rejimin iqtisadiyyat nazirliyi də son zamanlar bildiribdir ki, bu rejimin büdcə çatışmazlığı özünün ən yüksək həddinə çatıbdır.
Sionist rejim başçıları koronavirus pandemiyası, həmçinin məşğulluq və biznesin kəskin səviyyədə azalmasını büdcə çatışmazlığının səbəbi elan ediblər.