İranın sərhəd xəttində İŞİD-çilərin təmizlənməsi əməliyyatına start verilib
İraqın Birgə Əməliyyatlar Komandanının müavini İŞİD terror qruplaşmasının ünsürlərinin izlənilməsi və təmizlənməsi əməliyyatına start verildiyindən xəbər verib.
SəhərAzəri xəbər verir, İraqın Birgə Əməliyyatlar Komandanının müavini general Əbdul-Əmir Kamil Əl-Şimri deyib: " İraq Qəhrəmanları əməliyyatının dördüncü mərhələsi İŞİD qalıqlarını təqib etmək, Diyalə vilayətində təhlükəsizlik və sabitliyi bərqərar etmək, həmçinin İran İslam Respublikasının sərhəd xəttini təmizləyib yoxlamaq və xüsusi əməliyyata keçmək məqsədilə bu gün başlanılıb.
İraqın Birgə Əməliyyatlar Komandanının müavini vurğulayıb: "İraqın baş naziri və silahlı qüvvələrin baş komandanı Mustafa Əl-Kaziminin əmri və Birgə Əməliyytalar Komandanının nəzarəti altında keçirilən bu əməliyyatda quru qoşunlarının bir neçə qrupu, Diyalə, Slahəddin və Samirra əməliyyatının komandanı, Həşdüş-Şəbi qüvvələri, İraqın ordusunun hava qüvvələri iştirak edirlər".
İŞİD terror qruplaşmasının İraqda məğlub olmasına baxmayaraq, bu terrorçuların qalıqları hələ də bu ölkədə mövcuddur.
İraq ordusu və Həşdüş-Şəbi qüvvələri indiyədək, bu ölkənin müxtəlif bölgələrini terror qruplaşmalarının işğalından təmizləmək üçün bir neçə əməliyyat keçiriblər və bu əməliyyatlar hələ də davam edir.