İyul 11, 2020 21:16 Asia/Baku
  • Qaşıqçı-nin qətlində əsas müttəhim Ben Salmandır.

BMT-nin xüsusi məruzəçisi bir müsahibədə Səudiyyə Ərəbistanının vəliəhdinin Camal Qaşıqçı-nin qətlində əsas günahkar olduğunu bildirdi.

SəhərAzəri xəbər verir, BMT-nin Xüsusi Məruzəçisi Agnes Kalamard, 2 Oktyabr 2018 tarixində Ərəbistanın İstanbuldakı Baş Konsulluğunda öldürülmüş , Əl-Watan qəzetinin keçmiş redaktoru və Washington Post qəzetinin köşə yazarı Ərəbistalı jurnalist Camal Qaşıqçının qətlində Ali-Səud vəliəhdi Məhəmməd bin Salmanın əsas müttəhim olduğunu bildirib.
BMT-nin Xüsusi Məruzəçisi Həmin müsahibədə, İstanbul Baş Prokurorluğu tərəfindən bu işdə 20 şübhəli üçün həbs qətimkan tədbiri verilməsinə toxunaraq vurğulayıb: Hərçənd məhkəmə qiyabi şəkildə keçirildi; Ancaq Səudiyyə Ərəbistanının təqsirləndirilənləri Türkiyəyə təhvil vermədiyi üçün, Bu məhkəmə çox vacibdir və vurğulayıram ki, bu müttəhimlərin müdafiəçiləri hökumət tərəfindən təyin olunmuşdur.
Agnes Kalamard onu da əlavə edib ki: "Bu cinayət Türkiyədə törədildiyi üçün həmin ölkə işi araşdırmağa borcludur. Hesabatda qeyd etdiyim kimi, Türkiyə Qaşıqçının işinə çox ciddi yanaşdı və bu işdə hər hansı bir səhvə dair heç bir fakt müşahidə etməmişəm."
O əlavə olaraq deyib: “Bu iş çox səbir tələb edir, ədalət gec-tez ediləcəkdir. Düşünürəm ki, bir çox hökumət səbir etmək qabiliyyətimizi itirməyi və bizə mane olmağı istəyir”.
BMT-nin Xüsusi Məruzəçisi vurğulayıb: “Məhəmməd bin Salmanın məhkəmədə görünəcəyi fikri sadəlövhlükdür; Bu yaxın gələcəkdə olmayacaq və vaxt alacaq. Hökumətlərə xatırlatmalıyıq ki, Qaşıqçının qətlinə fərman verənlərin əli də qana bələşmişdir.

Teqlər