Rusiya HHM qüvvələri Laziqiyyədə düşmənin hədəfləri ilə mübarizə aparıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i364471-rusiya_hhm_qüvvələri_laziqiyyədə_düşmənin_hədəfləri_ilə_mübarizə_aparıb
Rusiyanın Suriyada yerləşən «Hmeymim» bazasındakı hava hücumundan müdafiə qüvvələri Laziqiyyə vilayətinin səmasında bir neçə düşmən PUA-nı hədəfə alıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 12, 2020 04:04 Asia/Baku
  • Rusiya HHM qüvvələri Laziqiyyədə düşmənin hədəfləri ilə mübarizə aparıb

Rusiyanın Suriyada yerləşən «Hmeymim» bazasındakı hava hücumundan müdafiə qüvvələri Laziqiyyə vilayətinin səmasında bir neçə düşmən PUA-nı hədəfə alıblar.

SəhərAzeri xəbər verir, bu gün səhər aparılan bu mübarizədə düşmənin bütün pilotsuzları məhv edilibdir.

Belə görünür ki, bu PUA-lar terrorçulara məxsus olub və onlar Laziqiyyə üzərində kəşfiyyat əməliyyatı aparırmışlar.

Suriyanın Laziqiyyə vilayətində yerləşən «Hmeymim» hava və «Tartus» dəniz bazaları Rusiyanın ixtiyarındadır.

Rusiya Suriya ilə anti-terror əməkdaşlığı çərçivəsində 2015-ci ilin sonlarından bəri özünün Xmeymim-də yerləşən hava-kosmos bazası, dəniz və sualtı bölmələri, həmçinin qitələrarası bombardmançılarından terrorçuların bu ölkədəki mövqelərini vurmaq üçün istifadə edir.