İyul 13, 2020 08:45 Asia/Baku
  • Yəmənlilərin Ərəbistanın cənubunda raket və PUA əməliyyatı

Səud mənbələri bu gün səhər tezdən Ərəbistanın cənubunda yerləşən “Xəmis Muşəyt” və “Əbha” bölgələrində bir neçə güclü partlayış səsinin eşidilməsindən xəbər veriblər.

SəhərAzəri xəbər verir, Səud mənbələri bildiriblər ki, bu partlayışlar Yəmənin ordusu və xalq komitələrinin raket və PUA hücumları nəticəsində baş veribdir.

Eyni zamanda, səud mediaları iddia ediblər ki, Ərəbistanın raket müdafiə sistemi yəmənlilərin raket və PUA hücumlarına cavab veribdir.

Mediaların bildirdiklərinə görə, yəmənli pilotsuzlar Əsir əyalətində yerləşən “Xəmis Muşəyt” bölgəsindəki “Məlik Xalid” hava bazasını hədəfə alıblar.

Hələ bu xəbər barədə artıq detallar yayılmayıbdır.

Bundan öncə Yəmən ordusu vurğulamışdı ki, təcavüzkarların mövqeləri, həmçinin iqtisadi təsisatları onların Yəmənə qarşı mühasirə və təcavüzləri davam edəcək zamanadək Yəmən raketləri və pilotsuzlarının hədəfində olacaqlar.

Yəmənin ordusu və xalq komitələrinin müdafiə qüdrəti bu ölkənin səud rejimi tərəfindən hərtərəfli şəkildə mühasirəsinə rəğmən, günü-gündən artmaqdadır.

Səudiyyə Ərəbistanı/ ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər ölkənin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə təcavüz edərək, bu ölkəni və quru, dəniz və havadan mühasirəyə aldı. Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəməndəki müharibəsi bu günə qədər 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın yaralanmasına və milyonlarla yəmənlinin didərgin düşməsinə səbəb olubdur.Ərəbistanın hərbi təcavüzü, yoxsul Yəmənin ölkəsini qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.

Səud rejimi və onun müttəfiqləri Yəmən xalqının müqavimətinə görə, indiyədək bu ölkədəki məqsədlərinə çata bilməyiblər.

 

Teqlər