İyul 14, 2020 12:24 Asia/Baku
  • BMT: 6 ayda min yəmənli həyatını itirib

BMT-nin tabeliyində olan bir orqan Yəmənə qarşı savaşın davam etməsini tənqid edib. Bildirib ki, ötən altı ayda min Yəmən vətəndaşı həyatını itirib.

SəhərAzəri xəbər verir, BMT-nin tabeliyində olan Yəməndə Humanitar Məsələlər üzrə Koordinasiya Mərkəzi səudiyyə-əmirliklər koalisiyasının Yəmənə qarşı hava hücumunu etiraf etməsindən sonrakı ilk reaksiyada bildirib ki, bu hücum yeddi uşaq və iki qadının ölməsi, eləcə də iki qadın və iki uşağın yaralanması ilə nəticələnibdir.

Qeyd edək ki, bu hücum Yəmənin Hiccə vilayətinin Əlvəşhə bölgəsində baş verib.

BMT-nin Yəməndə humanitar məsələlər üzrə koordinatoru Liz Qrandi bu hücumu pisləyib. O, bir açıqlamada belə söyləyib: Dərkediləsi deyildir ki, COVID-19 pandemiyası altında və atəşkəs seçimlərinin masa üzərində olduğu bir şəraitdə yəmənli mülkilərin qırğın edilməsi davam edir.

Bu BMT rəsmisi sonra cari miad ilinin ilk altı ayında min yəmənli sivilin öldürüldüyünü təsdiq edib və belə deyib: BMT bu hücumda öldürülən qadın və uşaqların qohumları və ailələrin kədərilə bölüşür və yaralılara şəfa diləyir.

Teqlər