İyul 14, 2020 17:41 Asia/Baku
  •  Ansarullahın Təl-Əvivi raketlə vurması istisna olunmur

" Rəy-Əlyoum " qəzetində dərc olunan bir məqalədə "Ənsarullah" hərəkatının Təl-Əvivdəki hədəflərə hücumla bağlı hədələri açıqlanlb və belə bir hücumun istisna olmadığı bildirirlib.

SəhərAzəri xəbər verir, Rəy-Əlyoum qəzeti baş məqaləsində, Yəmən Ənsarullah hərəkatının kəşfiyyat heyətinin rəhbəri Abdullah Yəhya əl-Hakimin, Səudiyyə Ərəbistanı, BƏƏ və işğal olunmuş Fələstində bir çox hədəflərin müəyyən edildiyi və hədəfə alına biləcəyinə dayir sözlərini araşdırıb.
Rəy-Əlyoum yazıb: “Həmin sözlərdən bir neçə saat sonra Səudiyyə koalisiyasının bir sözçüsü, müdafiə sistemlərinin Ənsarullaha aid dörd raket və altı dronun istiqamətinin müəyyənləşdirdiyini bildirdi, 
Ənsarullah-ın sözçüsü isə raketlərin hədəflərinə çatdıqlarını vurğuladı”.
Müəllif yazır ki, Ənsarullah Livandakı Hizbullahın istiqamətində hərəkət edir və tez-tez irəli sürdüyü təhdidlərini həyata keçirir. Əvvəllər də Səudiyyənin neft sənayesi mərkəzi olan Riyad, Cəddə, Xəmis Müşit və Baqiyatı hədəfə alacağını bildirərək, az zamandan sonra həmin hədələrini reallaşdırdı və xarici düşmənləri və mütəxəssisləri heyrətləndirdi.

Teqlər