Suriyanın paytaxtı Dəməşq şəhərində terror partlayışı baş verib
İyul 19, 2020 00:38 Asia/Baku
Suriya mediaları paytaxt Dəməşqdə iki terror partlayışının baş verməsindən xəbər veriblər.
SəhərAzəri Suriyanın rəsmi xəbər agentliyi SANA-ya istinadla xəbər verir ki, Dəməşqin Ənəs İbni Malik adına Came məscidinin yaxınlığında iki bomba partladılıb.
Bu partlayışlarda bir suriyalı ölüb, biri isə yaralanıb.
Suriyada böhran 2011-ci ildən və Səudiyyə Ərəbistanı, ABŞ və onun müttəfiqlərinin region parametrlərini sionist rejimin xeyrinə dəyişdirmək məqsədilə dəstəklədiyi terror qruplaşmalarının bu ölkəyə geniş hücumu ilə başlayıb.
Suriya ordusu son zamanlar İran İslam Respublikasının hərbi məsləhətçilərinin köməyi və Rusiyanın dəstəyilə İŞİD terror qruplaşmasının bu ölkədə işinə son qoya bilib.
Digər terror qrupları da yenilməkdədirlər.