Təl-Əvivdə Netanyahuya qarşı aksiya keçirilib
Minlərlə nəfər şənbə günü sionist rejimin baş nazirinin səhiyyə və iqtisadi siyasətlərinə etiraz olaraq, Təl-Əvivdə aksiya keçirib.
SəhərAzəri xəbər verir, Şənbə günü gecə Təl-Əvivdə minlərlə nəfər sionist rejimin baş naziri Benyamin Netanyahunun hökumətinin koronavirus pandemiyasının qızğın çağına səhiyyə və iqtisadiyyatın idarə olunması tərzi üzrə siyasətlərinə etiraz olaraq, aksiya keçirib.
Koronavirus pandemiyasının işğal olunmuş ərazilərdə yayılmasının genişlənməsinin ardınca bir daha müxtəlif bölgələrdə ictimai məhdudiyyətlər bərqərar edildi.
Dünən də işğal olunmuş Qüdsdə yüzlərlə nəfər Netanyahunun iqamətgahı qarşısında aksiya keçirib.
İşğal olunmuş ərazilər son aylar ərzində dəfələrlə Benyamin Netanyahunun korrupsiyasına qarşı aksiyaların şahidi olublar.
Sionist rejim polisi bu rejimin baş nazirinin hökumət və maliyyə pozğunluqları haqda dörd iş təşkil edibdir.
Netanyahu/ cinayət təhqiqatları və istintaqı ilə üzləşən sionist rejimin ilk məsul şəxsi deyildir. Əxlaq və maliyyə pozğunluğu sionist rejimin məsul şəxsləri arasında rəvac tapıbdır.