Sionistlər işğal olunmuş ərazilərin ağır iqtisadi-ictimai durumundan nigarandırlar
Sionist rejimin sabiq müharibə naziri işğal olunmuş ərazilərdə iqtisadi-ictimai vəziyyətin ağırlaşması barədə xəbərdarlıq edib.
Aviqdor Liberman deyib ki, işğal olunmuş ərazilərdə iqtisadi-ictimai vəziyyətin ağırlaşmasına görə, sionistlərin itaətsizliyinin baş verməsi ehtimalı artacaq.
Benyamin Netanyahunun başçılıq etdiyi sionist rejimin nazirlər kabinetinin siyasətlərini tənqid edən Liberman deyib ki, Netanyahu koronavirus böhranı ilə mübarizədə yaxşı hərəkət edə bilməyibdir.
Son aylar ərzində sionistlər dəfələrlə sionist rejimin baş nazirinin səhiyyə və iqtisadi siyasətlərinə, korrupsiyasına, pis yaşayış şəraitinə və qərb sahilinin otuz faizinin işğal edilməsi planına etiraz olaraq, işğal olunmuş ərazilərdə yerləşən müxtəlif şəhərlərdə aksiyalar keçiriblər.