Likud partiyası Netanyahu üçün əvəz axtarır
İsrail mediası, Likud partiyası başçılarının, həmin partiya sədri və Sionist rejimin baş naziri Benyamin Netanyahunu əvəz etmək üçün bir toplantı keçirmələrini bildirib.
SəhərAzəri xəbər verir, Sionist rejim KİV-lərinin məlumatına görə, bəziləri Knessetin (Sionist rejim parlamentinin) üzvü olan hazırkı və keçmiş görkəmli Likud partiyası rəsmiləri, hazırda partiyanın sədri və baş nazir Benyamin Netanyahunun əvəzini tapmaq üçün görüşlər keçirirlər.
Həmin vəzifəli şəxslərin fikrincə, Netanyahu partiyanın məqsədlərinə və sağçıların gündəlik problemlərinin həllinə, şəxsi maraqları üçün laqeyd yanaşır və Likudu həqiqi yoluna qaytarmaq üçün ciddi maneə hesab olur.
Qeyd edık ki, Bazar günü təyin olunan Netanyahunun korrupsiya işi üzrə ikinci məhkəmə iclası gələn ilə təxirə salınıb.
Şənbə günü gecə minlərlə İsrail nümayişçisi işğal altındakı Qüds küçələrinə çıxaraq korrupsiyanı və hökumətin Korona virusa qarşı siyasətlərini pislədi. Son günlər İsraildə ictimai narazılıqlargeniş vüsət alıb.