Fələstinin işğal olunmuş ərazilərində tibb işçiləri tətil aksiyasına başlayıblar
Sionist rejimin Səhiyyə Nazirliyi Fələstinin işğal olunmuş ərazilərində koronavirusun sürətlə yayılmasından və tibb işçilərinin etiraz etməsindən xəbər verib.
SəhərAzəri xəbər verir, Əl-Nəşrə xəbər portalının məlumatına görə, sionist rejimin Səhiyyə Nazirliyi Fələstinin işğal olunmuş ərazilərində koronavirusa yoluxanların sayının 50 minə çatdığını, 406 nəfərin isə bu virusdan öldüyünü bildirib.
Həmçinin bu rejimin Nazirlər Kabinetinin koronavirusla mübarizədə passiv yanaşması fonunda tibb işçiləri kadr çatışmazlığı və tibb işçilərinin çətin durumuna etiraz olaraq, tətil aksiyasına başlayıblar.
Sionist rejimin tibb işçilərinin tətil aksiyasına Fələstinin işğal olunmuş ərazilərinin bütün xəstəxanaları, təlim-müalicə mərkəzləri və klinikaları daxildir və tibb işçiləri koronavirus şöbəsi və bu virus üçün diaqnostika laboratoriyalarindan başqa digər bölmələrdə fəaliyyətdən imtina ediblər.
Son günlər sionist rejimin müxalifət partiyalarının başçıları bu rejimin baş naziri Benyamın Netanyahunun koronavirusla mübarizədə fəaliyyətini kəskin qınayıb və onun Nazirlər Kabinetini sərıştəsiz adlandırıblar.