İraqın Əlsəqr kazarmasındakı partlayışların səbəbində şəkk-şübhə
İraq parlamentinin üzvlərindən biri Bağdadın cənubunda bu ölkə qüvvələrinin kazarmasında bir neçə partlayışın baş verməsinin səbəbinə şübhə ilə yanaşaraq, bu partlayuışların ehtimal üzrə PUA hücumlarından irəli gəldiyini bildirib.
SəhərAzəri xəbər verir, İraq mediaları dünən gecə İraq xalq səfərbər qüvvələri- Əlhəşdüşşəbiyə və federal polis qüvvələrinə məxsus olan bu ölkənin paytaxtı Bağdadın cənubunda yerləşən Əlsəqr kazarmasında bir neçə partlayışın baş verməsindən xəbər veriblər.
İraq müharibə informasiyaları mərkəzi adlandırılan mərkəz və bu ölkənin müştərək əməliyyat komandanlığı mərkəzi, partlayışların səbəbini həmin kazarmanın anbarında silahların qeyri-münasib ehtiyat edilməsi və çoxlu istilik elan ediblər.
Bununla belə, İraq parlamentində Sədr cərəyanına aid olan Əlsadiqiyyun fraksiyasının nümayəndəsi Həsən Salim Əlsəqr kazarmasında baş verən partlayışların PUA hücumlarından irəli gəldiyini bildirib. Qeyd edib ki, bu hərəkət İraqın suverenliyinin Amerika tərəfindən bir daha pozulması deməkdir.
İraq hökumətindən bu hakimiyyət pozuntusuna dərhal cavab verməsini istəyən Həsən Salim deyib ki, Əlkazimi hökuməti İraq parlamentinin xarici qüvvələrin bu ölkədən çıxmalarına dair qərarını yerinə yetirməyə borcludur.
Əlhəşduşşəbi-dəki mənbələr də İraq müharibə informasiyaları mərkəzi adlandırılan mərkəz və bu ölkənin müştərək əməliyyat komandanlığı mərkəzi tərəfindən elan olunan səbəbə şübhə ilə yanaşıb və dünən gecə baş vermiş partlayışların öncəki partlayışlarla bağlı olduğunu bildiriblər.
ABŞ və sionist rejim indiyədək bir neçə dəfə Əlhəşduşşəbinin İraqın müxtəlif bölglələrindəki mövqelərini hədəfə alıblar.