İyul 28, 2020 12:24 Asia/Baku
  • Qərb sahilində məscidin yandırılması pislənib

Həmas hərəkatı sionist qəsəbə sakinlərinin Qərb sahilində bir məscidi yandırmalarını pisləyib.

SəhərAzəri xəbər verir, Həmas-ın sözçüsü Hazim Qasim deyib: Qərb sahilində yerləşən Əlbirə şəhərindəki məscidin yandırılması vəhşicəsinə hərəkət olaraq, sionist rejimin süqut etdiyini, həmçinin müxtəlif dinlərə hörmət və insani dəyərlərlə müxalif olduğunu göstərir.

Həmas-ın sözçüsü Qərb sahilinin sakinlərindən istəyibdir ki, qarşılıqlı həmkarlıqla sionistlərin cinayətləri qarşısında dayanaraq, onların təkrarlanmasına mane olsunlar.

Sionist qəsəbə sakinləri dünən səhər tezdən Qərb sahilində yerləşən Əlbirə şəhərindəki məscidin bəzi hissələrini yandırıblar. Onlar bu çirkin hərəkətdən sonra məscidin divarlarına rasistcəsinə şüarlar yazıblar.

Fələstinlilərin qəsəbə və kəndləri, xüsusən bu bölgələrin məscidləri daima sionist qəsəbə sakinlərinin rasistcəsinə hücumları hədəflərinə çevrilirlər.

 

Teqlər