Müqavimətin sionist rejimin təcavüzlərinə cavab vermək haqqı var
Fələstin müqavimət qrupları bildiriblər ki, müqavimətin bütün cəbhələrdə sionist rejimin ardıcıl təcavüzlərinə cavab verməyə tam haqqı var.
SəhərAzəri xəbər verir, Sionist reJim ordusu dünən Livanın Kəfər-Şuba təpələrinə və işğal olunmuş Şəbaa əkin sahələrinə hücum etdi.
Fələstin müqavimət qrupları vurğulayıblar ki, Livan və Suriyada ərəb ərazilərinin sionist rejim tərəfindən bombalanması yeni bir təcavüz olaraq, düşmənin daim yaşadığı müqavimətin cavabından qorxusu və başını itirməsinin miqdarını əks etdirir.
Həmas hərəkatı bir bəyanatda Livana, Suriyaya və müqavimət qruplarına öz tam dəstəyini elan edib.
Xalq azadlıq cəbhəsinin öncüllər qrupu da bir bəyanatda sionistlərin Suriya və Livana qarşı ardıcıl təcavüzlərini pisləyib və sionist rejimin təcavüzlərinə cavaba və Livan müqavimətinin kənarında durduğuna təkid edib.
Dünən sionist rejimin Livanın Kəfər-Şuba təpələrinə və işğal olunmuş Şəbaa əkin sahələrinə hücumundan sonra bəzi sionist mənbələr bildirdilər ki, Şəbaa əkin sahələrində Hizbullah döyüşçüləri ilə sionist rejim hərbçiləri arasında atışma baş veribdir.Livan Hizbullahı da bir bəyanatda sionist mediaların iddialarını təkzib etməklə bildiribdir ki, bu mediaların işğal olunmuş Fələstin ərazilərinə qarşı əməliyyat və müqavimət qüvvələrinin şəhid olmaları və yaralanmaları barədəki məlumatları həqiqətə uyğun deyil və yalnız xəyali və yalan qələbələr ixtira etmək üzrə sionistlər tərəfindən göstəirlən əbəs cəhddir.