İyul 29, 2020 22:00 Asia/Baku
  • Bağdadın mərkəzində baş verən partlayış nəticəsində 5 nəfər yaralanıb

İraq təhlükəsizlik media komandası bu gün (Çərşənbə) Bağdadın mərkəzində meydana gələn partlayışın rəsmi nəticəsini açıqladı.

SəhərAzəri xəbər verir, Şəfəq Xəbər Agentliyinin verdiyi məlumata görə, İraq təhlükəsizlik media komandası bir açıqlama yayaraq bildirib ki, İraqın paytaxtı Bağdadın girəcəyində yerləşən bir yanacaq doldurma məntəqəsinin yaxınlığında bomba yüklü KİA markalı bir avtomobil partlayıb.
İraq təhlükəsizlik media komandası da açıqladı avtomobildə olan 5 nəfər yaralanıb və avtomobil tamamilə zədəlidir.
Təhlükəsizlik mənbəyi yaralıların müalicə üçün ən yaxın xəstəxanaya aparıldığını bildirib.

Teqlər