Avq 04, 2020 20:12 Asia/Baku
  • Sionist rejim Cövlan yüksəkliklərinə hava zərbələri endirib

Sionist rejimin baş naziri dünən gecə Suriyanın bəzi mövqelərinə edilən hava hücumunun məsuliyyətini üzərinə götürərək, iddia edib ki, işğal olunmuş Cövlan yüksəkliklərinə nüfuz qrupu göndərənlər hədəfə alınıblar.

SəhərAzəri xəbər verir, "The Jerusalem Post" qəzetinin yazdığına görə, sionist rejimin baş naziri Benyamin Netanyahu bu gün işğal olunmuş Cövlan ilə Suriya sərhəddindəki təhlükəsizlik hasarlarına  bomba yerləşdirməyə cəhd edən bir qrup naməlum şəxsin hədəfə alındığını bəyan edərək, indi də onları göndərənlərin hədəfə alınmasını iddia edib.

O, sonra boş-boş ritorikalarını təkrarlayaraq, özlərini qorumaq üçün hər şey edəcəklərini söyləyib.

Dünən gecə sionist rejimə məxsus bir helikopter Suriyanın cənubunda Rif Əl-Qüneytərənin Əl-Qəhtaniyyə bölgəsini hədəfə alıb.

Teqlər