Avq 05, 2020 17:20 Asia/Baku
  • Livan üçün iki seçim; Ya Şərq, ya da Beynəlxalq Valyuta Fondu

Livanlı bir iqtisadçı bildirib ki, Beyrut limanı sionist rejimin Hayfa limanına böyük rəqibdir, buna görə bu rejim baş verənlərdən daha çox fayda götürür.

SəhərAzəri xəbər verir, İqtisadçı Ziad Nasirəd-Din Əl-Mayadin Xəbər Şəbəkəsinə verdiyi müsahibədə bunları söyləyib: “Beyrut limanı Livandakı həyati bir damardır və coğrafi mövqeyinə görə İpək Yolu layihəsində mühüm rol oynayır. Baş verənlər bu ölkədə baş verə biləcək ən böyük iqtisadi və sosial zərbədir.” 
O əlavə edib ki, Beyrut limanının yenidən qurulması üçün 500 - 800 milyon dollar tələb olunur. İlkin rəqəmlər partlayışdan dəymiş zərərin 1 milyard dollara çatdığını göstərir. Bəzi ekspertlər Beyrut limanında baş verən partlayışı Xirosimadan sonra ikinci ən böyük partlayış hesab edirlər. 
Nasirəd-Din deyib: "Beyrut limanı İsrailin Hayfa limanına böyük bir rəqibdir. Buna görə baş verənlərdən İsrail  daha çox faydalanır".
Iqtisadçının fikrincə; Livan hökuməti üçün missiyaları Beyrut limanından içəridəki digər limanlara köçürməkdən başqa bir seçim yoxdur. Bu fəlakətli aktın günahkarlarını cəzalandırmaq üçün Livan üçün ciddi bir fürsət var. Livanın idarəçiliyində rolu olmuş adamlar bu gün hökumətdən kənarda olsalar da korrupsiya sisteminin bir hissəsidir. 
Naserəd-Din əlavə olaraq bildirib: “Bu korrupsiya sisteminə daxil olan bəzi parlament üzvlərinin kütləvi şəkildə istefası barədə söhbətlər gedir. Livan problemlərinin beynəlmiləlləşdirilməsi və onu dözülməz səviyyəyə qaldırılması barədə narahatlıqlar var.”
Həmin Ekspert həmçinin deyib: "Əhəmiyyətini nəzərə alaraq Beyrut limanı Beynəlxalq Valyuta Fondu ilə danışıqlarda əsas limandır. Livanın iki variantı var: ya Şərq, ya da Beynəlxalq Valyuta Fondu. Çin Beyrut limanını yenidən qura və təkmilləşdirə bilər. Pul və maliyyə sahəsində hər bir görüş hökumətlə razılaşdırılmaqla aparılmalıdır." 
Nasirəd-Din deyib: Hökumət dərhal dayanmaq və limanın yenidən qurulması haqqında saziş imzalamaq üçün təcili çağırışlar etməlidir, çünki Beyrut limanı siyasi çəkişmələr dayirəsinə düşə bilər.”

Teqlər