Avq 06, 2020 17:24 Asia/Baku
  • Borrel Livanın xalqı və hökumətinin kədərinə şərik çıxıb

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Beyrut limanında baş vermiş partlayışa görə, Livanın xalqı və hökumətinə başsağlığı verib.

SəhərAzəri xəbər verir, Cozep Borrel Livanın xarici işlər naziri Şərbəl Vəhbə ilə telefon söhbətində Beyrut limanında baş vermiş partlayışla bağlı bildiribdir ki, Avropa Birliyi köhnə şərik və dost kimi bu ölkənin təcili ehtiyaclarını təmin etməyə hazırdır və Livanın xalqı və hökumətinin kənarındadır.

Borrel Livana ixtisaslaşdırılmış axtarış və xilasetmə qrupunun göndərilməsinə, həmçinin Qızıl Xaç Komitəsi vasitəsilə dərman himayələrinə işarə ilə söyləyib: Avropa Birliyi bütün fövqəladə mexanizmləri işə salıb və təcili dəstəklərin təqdim olunması üçün avropalı hökumətlərlə əməkdaşlıq edir.

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi həmçinin Beyrut hadisəsi qarşısında Livanda birlik və sabitliyin önəmənə işarə ilə bildirib ki, bu məsələ daxildə və bölgədə təhlükəsizlik üçün önəmlidir.

Teqlər