Ayətullah Sistani Livan xalqına yardımın göstərilməsini istəyib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i365611-ayətullah_sistani_livan_xalqına_yardımın_göstərilməsini_istəyib
İraqda şiələrin ali dini mərcəyi Ayətullah Seyyid Əli Sistani bir bəyanatda Livan xalqına yardımın göstərilməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 06, 2020 13:40 Asia/Baku
  • Ayətullah Sistani Livan xalqına yardımın göstərilməsini istəyib

İraqda şiələrin ali dini mərcəyi Ayətullah Seyyid Əli Sistani bir bəyanatda Livan xalqına yardımın göstərilməsini istəyib.

SəhərAzəri xəbər verir, Ayətullah Sistani bu bəyanatda möminlərdən və dünyadakı bütün xeyirxah insanlardan istəyibdir ki, bu çətin şəraitdə Livan xalqının qəminə şərik çıxsınlar.

Çərşənbə axşamı günü axşamçağı Beyrut limanında yerləşən pirotexniki maddələr anbarlarından birində geniş yanğının baş verməsinin ardınca ammonium nitrat saxlanılarn yaxınlıqdakı anbarlarda güclü partlayış baş verdi.

Livan səhiyyə nazirliyinin bildirdiyinə görə, indiyədək həmin hadisə ilə bağlı azı 150 nəfər ölüb, dörd min nəfərdən çox insan da yaralanıbdır.