Səud rejiminin yeni vəhşiliyi; 21 yəmənli mülki ölüb və yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i365646-səud_rejiminin_yeni_vəhşiliyi_21_yəmənli_mülki_ölüb_və_yaralanıb
Səud rejiminin müdafiəsiz Yəmən xalqına qarşı yeni hücumlarında 21 mülki ölüb və yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 07, 2020 04:35 Asia/Baku
  • Səud rejiminin yeni vəhşiliyi; 21 yəmənli mülki ölüb və yaralanıb

Səud rejiminin müdafiəsiz Yəmən xalqına qarşı yeni hücumlarında 21 mülki ölüb və yaralanıb.

SəhərAzəri xəbər verir, Ərəbistan rejimi Yəmən xalqına qarşı vəhşiliyinin yeni mərhələsində bu ölkənin yaşayış massivlərini bombalayıbdır.

Yəmənin səhiyyə nazirliyi bildiribdir ki, təcavüzkar səud koalisiyasının cümə axşamı günü Yəmənin Əlcuf vilayətində yerləşən Əlməatirə bölgəsinə qarşı hücumlarında əksər hissəsi uşaq olan doqquz nəfər ölüb, on iki qadın və uşaq da yaralanıbdır.

İyul ayında da səud koalisiyasının qırıcıları Əlcuf vilayətinin Əlhəzm şəhərində keçirilən bir toy mərasimini vəhşicəsinə hücumlara məruz qoydular. Nəticədə 35 nəfər həyatını itirdi.