Bir səud rəsmisi Ərəbistan vəliəhdindən şikayət edib
Ərəbistan kəşfiyyat aparatının keçmiş rəisi bir ABŞ məhkəməsinə şikayət ərizəsi təqdim edərək, deyibdir ki, Ərəbistan vəliəhdi 2018-ci ildə onu terror etmək niyyətində olubdur.
SəhərAzəri xəbər verir, Bundan öncə Ali-Səud rejiminin keçmiş vəliəhdi şahzadə Muhəmməd bin Naifin müşaviri olmuş Ərəbistan kəşfiyyat aparatının keçmiş rəisi Səəd Əlcabiri səud vəliəhdi Muhəmməd bin Salmana və 24 digər məsul şəxsə qarşı şikayət ərizəsində bildiribdir ki, Muhəmməd bin Salman 2018-ci ilin oktyabrında onu terror etmək üçün Kanadaya bir dəstə göndərmişdi.
Cinayət səhnəsinin təmizlənməsi tərzi ilə tanışlığı olan şəxs də həmin dəstədə idi.
Bu hadisə ərəbistanlı jurnalist Camal Qaşıqçının səud muzdurları tərəfindən Ərəbistanın İstanbuldakı konsulluğunda qətlə yetirilməsindən bir həftə sonra baş verib.
Muhəmməd bin Salmanın birbaşa göstərişi ilə həyata keçirilən ərəbistanlı jurnalist Camal Qaşıqçının 2018-ci ilin noyabrında qətlə yetirilməsi cinayəti səud hökumətinə və səud vəliəhdinə qarşı geniş beynəlxalq təzyiqlərə gətirib çıxarıbdır.
Səud vəliəhdi Muhəmməd bin Salman ABŞ hökumətinin himayəsilə Qaşıqçının qətli barədə cavab verməkdən qaçdı.