Türkiyənin hava zərbələri nəticəsində İraq Ordusunun 3 hərbçisi ölüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i365853-türkiyənin_hava_zərbələri_nəticəsində_İraq_ordusunun_3_hərbçisi_ölüb
Türkiyə Hava Qüvvələrinin ötən gün İraqın şimalında hava zərbələri zamanı İraq Ordusunun da 3 zabit və əsgəri həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 12, 2020 07:40 Asia/Baku
  • Türkiyənin hava zərbələri nəticəsində İraq Ordusunun 3 hərbçisi ölüb

Türkiyə Hava Qüvvələrinin ötən gün İraqın şimalında hava zərbələri zamanı İraq Ordusunun da 3 zabit və əsgəri həlak olub.

SəhərAzəri SalamNews-a istinadla xəbər verir, bu barədə İraqın Silahlı Qüvvələrinin mətbuat katibi briqada generalı Yəhya Rəsul deyib.

Bildirilib ki, İraqın şimalında Ərbil əyalətinin Sidkan bölgəsində ölkənin Sərhəd Xidməti maşınlarından biri Türkiyə PUA-larının hücumuna məruz qalıb.

Hava zərbələri zamanı İraqın Silahlı Qüvvələrinin biri hərbi briqada komandiri olmaqla iki zabiti və bir əsgəri həyatını itirib.

İraq XİN-dən bildirilib ki, buna görə Türkiyəyə nota veriləcək.

İraqın şimalında Kürdüstan Regional hökumətinin nəzarətindəki ərazilərdə PKK-a vaxtaşırı hava zərbələri endirən Türkiyə tərəfi hələ bu hadisəyə münasibət bildirməyib.