Avq 13, 2020 09:40 Asia/Baku
  • Amerikanın sanksiyaları terroçulara dəstək istiqamətindədir

Suriya prezidenti deyib ki, ABŞ terrorizmə bağlıdır və bu ölkənin Suriyaya qarşı sanksiyaları terrorçulara dəstək istiqamətindədir.

SəhərAzəri xəbər verir, Bəşşar Əsəd Suriya parlamentinin açılışı iclasında «Sezar» qanunu Suriyaya qarşı daha çox təzyiq tətbiq etməyin yeni etapı adlandırıb. O, Amerikanı və Suriya hökumətini sanksiya edən ölkələri, quldur adlandırıb. Bildirib ki, dəniz quldurları tarix boyu bu cür «düşünülmüş sanksiyalar» icra edirdilər.

Suriya prezidenti Amerikanın Suriyaya qarşı iqtisadi sanksiyalarının təsirlərinə işarə edib. Deyib ki, bu sanksiyalar Amerika başçılarının iddialarının əksinə olaraq, Suriya xalqına daha çox ziyan vurubdur.

Əsəd söyləyib: Amerikanın regionda terrorçulara, o sıradan İŞİD-ə ehtiyacı var və terrorçular öz tapşırıqlarında uğursuz qalan zaman, Amerika həmişə gərginliyə və tədbirləri şiddətləndirməyə söykənibdir.

Suriya prezidenti sonra sionist rejimin Suriyanın bəzi bölgələrinə qarşı son hücumları və hava təcavüzlərinə toxunub. Bildirib ki, bütün bu hərəkətlər terrorizmə dəstək və İŞİD-in hərəkətlərinin asanlaşdırılması istiqamətindədir.
 

Teqlər