Ənsarullah: "BƏƏ İsrail rejiminin planlarını icra etmək üçün Yəmənə gəlib"
https://azeri.sahartv.ir/news/qərbi_asia-i366119-Ənsarullah_bƏƏ_İsrail_rejiminin_planlarını_icra_etmək_üçün_yəmənə_gəlib
Yəmənin Ənsarullah hərəkatının Ali Siyasi Şurasının üzvü deyib: "BƏƏ İsrail rejiminin planlarını icra etmək üçün Yəmənə gəlib".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 18, 2020 08:44 Asia/Baku
  • Ənsarullah:

Yəmənin Ənsarullah hərəkatının Ali Siyasi Şurasının üzvü deyib: "BƏƏ İsrail rejiminin planlarını icra etmək üçün Yəmənə gəlib".

SəhərAzəri xəbər verir, Ənsarullah Hərəkatının Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli Əl-Husi deyib: "Birləşmiş Ərəb Əmirlikləri Yəmənə təcavüz edən koalisiyanın üzvü olaraq, İsrail rejimi ilə sülh edir, hal bu ki, Yəmən xalqını öz torpaqlarında qırğın edir".

Əl-Husi ABŞ və İngiltərənin rəhbərlik etdiyi təcavüzkar koalisiyanı Yəmən xalqını mühasirəyə aldıqları üçün yaşanan fəlakətin əsl səbəbkarı adlandırıb və BMT-nin bunun qarşısında susmasını qınayıb.

Yəmən Ənsarullahının Ali Siyasi Şurasının üzvü BƏƏ və Səudiyyə Ərəbistanının sülh istəmədiyini və vasitəçilik cəhdləri qarşısında əngəl törədiklərini bəyan edərək, əlavə edib: "Təcavüzkarların Yəmənə qarşı hücumlarının davam edəcəyi zamanadək, Səudiyyə Ərəbistanının dərinliyinə hücumlarda davam edəcək".