Avq 18, 2020 23:34 Asia/Baku
  • İdlibdə terrorçuların əməliyyat qərargahı məhv edildi

Suriya ordusunun döyüş təyyarələri İŞİD və Əl-Qaidə ilə əlaqəli terrorçu qruplaşmaların İdlibdən şimal-qərbdə yerləşən əməliyyat otağını məhv edərək, orduya qarşı İdlib və Səhl Əl-Ğab bölgələrində terror əməliyyatlarının qarşısını alıb.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, avqustun 18-i İdlib əyalətinin şimal və şimal-qərbi Suriya döyüş təyyarələrinin kütləvi uçuşlarının və terror qruplaşmalarının mövqelərinin bombalanmasının şahidi olub.

Suriyalı yüksək səviyyəli bir mənbə Sputnik-ə açıqlamasında belə deyib: “Rusiya kəşfiyyat PUA-ları tərəfindən alınan və təsdiqlənən məlumatlara əsasən, Harasuddin və Ənsar Əl-Tovhid terrorçu qruplaşmalarının bir bazası müəyyən edildi. Baza İdlibdən şimal-qərbdə Şeyx Bəhr şəhəri yaxınlığında yerləşirdi və terrorçular tərəfindən əməliyyat və koordinasiya otağı olaraq istifadə olunurdu.

Qərargahın içərisində təçhizat avadanlığı və rabitə vasitələri var idi. Bütün bu məsələlər suriyalı döyüş təyyarələrinin bu qərargaha hücum etməsinə səbəb oldu.

Hava hücumları nəticəsində qərargah tamamilə məhv edildi və silahlı dəstələr şəhər yaxınlığındakı yüksəkliklərdən birinə qaçaraq gizləndi.

Əməliyyat vaxtı qərargahdakı bir sıra terrorçu komandirlər öldürüldü və içəridəki maddi-texniki avadanlıq məhv edildi”.

Mənbə, həmçinin qeyd edib ki, terrorçular bu qərargah vasitəsi ilə İdlibin cənubundakı və Səhl Əl-Ğab ərazisindəki Suriya ordusunun mövqelərinə hücum etməyə çalışırdılar, lakin bu önləyici əməliyyatla plan uğursuz oldu.

Teqlər